Terminlər lüğəti
881—890 / 1989
Nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.
Kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər qiymətlilərin saxlanması üçün anbar; anbarqabağı sahə; axşam kassası; əməliyyat kassasında mədaxil və məxaric əməliyyatları aparılması üçün otaq; pul və qiymətlilərin yenidən sayılması və bağlanması üçün otaq; müştərinin aldığı pulun sayılması üçün sahə).
Kassa əməliyyatlarının aparılması üçün istifadə olunan sənədləri.
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxarılmış və ya apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir.
Kassa əməliyyatlarını həyata keçirən şəxs.
Yer təkinin geoloji kəsilişinin öyrənilməsi üçün çıxarılan silindrşəkilli süxur nümunəsi.
Ölçünün kəmiyyətini saxlayan və bu kəmiyyətin digər ölçmə vasitələrinə ötürülməsini təmin edən xüsusi hazırlanmış və müvafiq icra hakimiyyəti orqanı [Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi] tərəfindən təsdiq edilmiş ölçmə vasitələri.
Əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahidi.
Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyəti.
Müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan.