“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4, №6, maddələr 508, 518, №7, maddə 646, №10, maddə 947, №12, maddələr 1216, 1227, 1229; 2013, №3, maddə 213, №5, maddə 474, №11, maddələr 1269, 1279, 1299, 1301, 1308, №12, maddələr 1485, 1504) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.1.1. 3 ayadək  - 30 manat

14.8.1.2. 6 ayadək  - 60 manat

14.8.1.3. 1 ilədək  - 120 manat

14.8.1.4. 1 il 6 ayadək  - 180 manat

14.8.1.5. 2 ilədək  - 240 manat

14.8.1.6. 2 il 6 ayadək  - 300 manat

14.8.1.7. 3 ilədək  - 360 manat

2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:

 

14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.1-1.1. 3 ayadək  - 15 manat

14.8.1-1.2. 6 ayadək  - 30 manat

14.8.1-1.3. 1 ilədək  - 60 manat

14.8.1-1.4. 1 il 6 ayadək  - 90 manat

14.8.1-1.5. 2 ilədək  - 120 manat

14.8.1-1.6. 2 il 6 ayadək  - 150 manat

14.8.1-1.7. 3 ilədək  - 180 manat

 

14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

14.8.1-2.1.  1 illik  - 40 manat

14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)  - 80 manat

3. 14.8.2-ci maddənin əvvəlinə “Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:

14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə  - 150 manat

 

5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

14.15.1. 30 günədək  - 30 manat

14.15.2. 60 günədək  - 60 manat

 

6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:

 

14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

14.15-1.1. 30 günədək  - 15 manat

14.15-1.2. 60 günədək  - 30 manat

7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

18.58.1. 3 ayadək - 350 manat;

18.58.2. 6 ayadək - 600 manat;

18.58.3. 1 ilədək - 1000 manat.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2014-cü il.

27 мая 2014, 09:05

http://www.azertag.net

2381—2390 из 3607

22 февраля 2016, 09:02

О мерах по строительству автомобильной дороги Говлар- Эйюблу-Алакол-Ибрагимгаджилы- Яныглы-Агаджгала-Гочдере-Чобансыгнаг-Йогунбулаг-Сарытала Товузского района   подробно...

22 февраля 2016, 09:02

Народному поэту Нариману Гасанзаде   подробно...

19 февраля 2016, 09:02

О проведении 90-летнего юбилея Первого тюркологического съезда   подробно...

19 февраля 2016, 09:02

О дополнительных мерах по строительству Гянджинской государственной филармонии   подробно...

18 февраля 2016, 09:02

Сообщение пресс-службы Президента   подробно...

16 февраля 2016, 09:02

Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые прибудут в Азербайджанскую Республику в связи с организацией и проведением финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет   подробно...

16 февраля 2016, 09:02

Об обеспечении проведения в 2016 году в Азербайджанской Республике финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет   подробно...

11 февраля 2016, 09:02

О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района   подробно...

10 февраля 2016, 09:02

О дополнительных мерах по строительству автомобильной дороги Зазалы-комплекс «Имамзаде»-Гянджа города Гянджи   подробно...

9 февраля 2016, 09:02

О дополнительных мерах по строительству автомобильной дороги Текле-Сюндю-Хильмилли Гобустанского района   подробно...