“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4, №6, maddələr 508, 518, №7, maddə 646, №10, maddə 947, №12, maddələr 1216, 1227, 1229; 2013, №3, maddə 213, №5, maddə 474, №11, maddələr 1269, 1279, 1299, 1301, 1308, №12, maddələr 1485, 1504) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1.1. 3 ayadək - 30 manat
14.8.1.2. 6 ayadək - 60 manat
14.8.1.3. 1 ilədək - 120 manat
14.8.1.4. 1 il 6 ayadək - 180 manat
14.8.1.5. 2 ilədək - 240 manat
14.8.1.6. 2 il 6 ayadək - 300 manat
14.8.1.7. 3 ilədək - 360 manat
2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:
14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1-1.1. 3 ayadək - 15 manat
14.8.1-1.2. 6 ayadək - 30 manat
14.8.1-1.3. 1 ilədək - 60 manat
14.8.1-1.4. 1 il 6 ayadək - 90 manat
14.8.1-1.5. 2 ilədək - 120 manat
14.8.1-1.6. 2 il 6 ayadək - 150 manat
14.8.1-1.7. 3 ilədək - 180 manat
14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
14.8.1-2.1. 1 illik - 40 manat
14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 80 manat
3. 14.8.2-ci maddənin əvvəlinə “Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:
14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə - 150 manat
5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
14.15.1. 30 günədək - 30 manat
14.15.2. 60 günədək - 60 manat
6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
14.15-1.1. 30 günədək - 15 manat
14.15-1.2. 60 günədək - 30 manat
7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. 3 ayadək - 350 manat;
18.58.2. 6 ayadək - 600 manat;
18.58.3. 1 ilədək - 1000 manat.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2014-cü il.
27 мая 2014, 09:054 марта 2016, 12:03
Об освобождении А.И.Салимова от должности главы Исполнительной власти Лачинского района подробно...
4 марта 2016, 12:03
Об освобождении М.Н.Гулиева от должности главы Исполнительной власти Джебраильского района подробно...
3 марта 2016, 09:03
Об издании «Атласа чрезвычайных ситуаций Азербайджанской Республики» подробно...
3 марта 2016, 09:03
О дополнительных мерах, связанных с продолжением реконструкции на внутренних автомобильных дорогах поселка Нардаран Сабунчинского района города Баку подробно...
3 марта 2016, 09:03
О предоставлении Г.И .Гасанову персональной пенсии Президента Азербайджанской Республики подробно...
2 марта 2016, 10:03
О присвоении женщинам Азербайджана почетных званий подробно...
2 марта 2016, 10:03
О награждении женщин Азербайджана подробно...
2 марта 2016, 10:03
О предоставлении У.А.Гулиевой персональной пенсии Президента Азербайджанской Республики подробно...
2 марта 2016, 10:03
О повышении заработных плат работников ряда организаций, финансируемых из государственного бюджета подробно...
29 февраля 2016, 10:02
О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по градостроительству и архитектуре подробно...