“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 685-VQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 685-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq, ədliyyə orqanları işçilərinin attestasiyası qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594; 2007, № 11, maddə 1117, № 12, maddə 1223; 2008, № 8, maddə 724; 2009, № 6, maddə 419, № 11, maddə 888; 2014, № 5, maddə 470; 2016, № 9, maddə 1464) 2.3-cü bəndində “21.26-cı maddəsində” sözləri “17.2-ci, 21.26-cı” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2017-ci il.

14 июля 2017, 10:07

http://www.azertag.net

3521—3530 из 3607

12 февраля 2014, 09:02

О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева   подробно...

12 февраля 2014, 09:02

О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики»   подробно...

11 февраля 2014, 16:02

Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования   подробно...

10 февраля 2014, 15:02

Резко расширен штат Министерства налогов Азербайджана   подробно...

10 февраля 2014, 12:02

Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита   подробно...

10 февраля 2014, 11:02

Отмена механизма купчих на квартиры предложена в Азербайджане   подробно...

7 февраля 2014, 11:02

Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий   подробно...

7 февраля 2014, 11:02

Новые механизмы налогового контроля вводятся в Азербайджане   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике   подробно...