2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 oktyabr 2015-ci il tarixli 96 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Salayev Mübariz Ağasala oğlu 14 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 12 oktyabr 2015-ci il tarixli 20/2 saylı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd M.A.Salayev müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində 482 seçici imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası ona imzaların yoxlanılması və iclasın keçirilməsi barədə məlumat verməmiş və nəticədə dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 17/2.1 saylı qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Həmin qərarda namizədin Yeni Müsavat Partiyası tərəfindən irəli sürüldüyü bildirilmişdir. Mərkəzi Seçki Komissiyasının 11 oktyabr 2015-ci il tarixli 32/242 saylı qərarı ilə dairə seçki komissiyasının qeyd edilən qərarı ləğv edilmiş və M.A.Salayevin namizəd kimi qeydə alınıb-alınmaması məsələsinə yenidən baxılması vəzifəsi qərar qəbul etmiş komissiyaya həvalə edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, iclasda iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının namizəd tərəfindən hazırda mübahisələndirilən qərarında göstərilir ki, namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş M.A.Salayev iclasda iştirak etmək üçün dəvət olunmuş, lakin iştirak etməkdən imtina etmişdir. Eyni zamanda iş materiallarında olan 4 oktyabr 2015-ci il tarixli aktdan müəyyən edilir ki, namizədə və partiyanın səlahiyyətli nümayəndəsinə seçki sənədlərindəki təsdiqlənməmiş düzəlişləri təsdiq etmək üçün məlumat verilmiş, lakin onlar bu hüquqlarından istifadə etməmişlər.

Araşdırma ilə müəyyən edilmişdir ki, namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş M.A.Salayevin namizəd kimi qeydə alınmasından imtina edilməsinə dair dairə seçki komissiyasının 12 oktyabr 2015-ci il tarixli 20/2 saylı qərarının əsası kimi təqdim edilmiş seçici imzalarından 35-i etibarsız hesab edilməsi olmuşdur.

Namizəd tərəfindən göstərilən bu hal mübahisələndirildiyindən araşdırma prosesində deputatlığa namizədin müdafiəsi üçün təqdim edilmiş 10 imza vərəqəsində olan 482 seçici imzası yoxlanılmaq üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmiş və işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 16 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, M.A.Salayevin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imzalardan 35-i müxtəlif əsaslarla etibarsız hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, M.A.Salayevin namizəd kimi qeydə alınmasından imtinaya dair 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının 12 oktyabr 2015-ci il tarixli 20/2 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Salayev Mübariz Ağasala oğlunun 14 oktyabr 2015-ci il tarixli 96 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 12 oktyabr 2015-ci il tarixli 20/2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

19 октября 2015, 09:10

http://www.azertag.net

3521—3530 из 3607

12 февраля 2014, 09:02

О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева   подробно...

12 февраля 2014, 09:02

О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики»   подробно...

11 февраля 2014, 16:02

Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования   подробно...

10 февраля 2014, 15:02

Резко расширен штат Министерства налогов Азербайджана   подробно...

10 февраля 2014, 12:02

Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита   подробно...

10 февраля 2014, 11:02

Отмена механизма купчих на квартиры предложена в Азербайджане   подробно...

7 февраля 2014, 11:02

Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий   подробно...

7 февраля 2014, 11:02

Новые механизмы налогового контроля вводятся в Азербайджане   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике   подробно...