2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 30 sentyabr 2015-ci il tarixli 19 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ağa-zadə İqbal Fehruz oğlu 30 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizədliyi 95 saylı Tərtər seçki dairəsi üzrə Ümid Partiyası tərəfindən irəli sürülmüş Məmmədova Tamilla Famil qızının namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş T.F.Məmmədova Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma prosesinə dəvət edilmiş və onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Ümid Partiyasının səlahiyyətli nümayəndəsi İ.F.Ağa-zadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə T.F.Məmmədovanın namizədliyi 95 saylı Tərtər seçki dairəsi üzrə Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq T.F.Məmmədovanın namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş T.F.Məmmədovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, imza vərəqələrində olan 550 seçici imzasından 169-u etibarsız (118-i şəxsiyyət vəsiqəsində olan məlumatların qeyri-düzgünlüyü və dairənin ərazisində yaşamayan və qeydiyyatda olmayanlar, 51-i imzaların yoxlanmasına görə) hesab edilmişdir.

Dairə seçki komissiyası tərəfindən etibarsız hesab edilmiş 169 seçici imzaları Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış, onlardan 122 seçici imzasının etibarsız olduğu müəyyən edilmişdir.

Ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərin yoxlanılması prosesinə, həmçinin dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddiaları öz təsdiqini tapmamışdır.

Belə ki, dairə seçki komissiyasının işçi qrupunun müvafiq iclasında namizəd T.F.Məmmədova iştirak etmiş, işçi qrupu protokolunun və seçici imzalarının yoxlanılmasının nəticələri barədə cədvəlin surəti, habelə ekspert qrupu üzvünün rəyi ona təqdim edilmişdir.

Namizədliyin qeydə alınması üçün təqdim edilmiş 550 seçici imzasından 122-nin yuxarıda qeyd edilən əsaslara görə etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində azı 450 seçici imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının T.F.Məmmədovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 28 sentyabr 2015-ci il tarixli 10/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ağa-zadə İqbal Fehruz oğlunun 30 sentyabr 2015-ci il tarixli 19 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və dairə seçki komissiyasının 28 sentyabr 2015-ci il tarixli 10/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 октября 2015, 09:10

http://www.azertag.net

3521—3530 из 3607

12 февраля 2014, 09:02

О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева   подробно...

12 февраля 2014, 09:02

О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики»   подробно...

11 февраля 2014, 16:02

Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования   подробно...

10 февраля 2014, 15:02

Резко расширен штат Министерства налогов Азербайджана   подробно...

10 февраля 2014, 12:02

Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита   подробно...

10 февраля 2014, 11:02

Отмена механизма купчих на квартиры предложена в Азербайджане   подробно...

7 февраля 2014, 11:02

Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий   подробно...

7 февраля 2014, 11:02

Новые механизмы налогового контроля вводятся в Азербайджане   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике   подробно...