Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi iləəlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün aşağıdakı xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2014-cü il sentyabrın 20-dən etibarən təşkil etsin:
1.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
1.2. notariat fəaliyyəti;
1.3. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
1.4. daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün xidmətlər;
1.5. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
1.6. torpaq sahəsinin plan-ölçüsü, bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin yerquruluşu planları, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə bağlı arayışların verilməsi və digər torpaq kadastrı xidmətləri;
1.7. müvafiq ərazi üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin icarəyə verilməsinə razılıq verilməsi;
1.8. müvafiq ərazi üzrə dövlət mülkiyyətində olan torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin istifadəyə və icarəyə verilməsi;
1.9. müvafiq ərazi üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə əlaqədar sənədlərin qəbulu və təqdim edilməsi.
2.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Milli Arxiv İdarəsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müvafiq torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, 2014-cü il sentyabrın 20-dək:
2.1.bu Fərmanının 1-ci hissəsində göstərilən xidmətlərin səyyar formada həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil “ASAN xidmət” nəqliyyat vasitələrində onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki və informasiya resursları ilə təmin etsinlər;
2.2.səyyar xidmətə təyin edilən əməkdaşlarının operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərmələrini təmin etsinlər.
3.Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mobil “ASAN xidmət” nəqliyyat vasitələrində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədi ilə 2014-cü il sentyabrın 20-dək həmin nəqliyyat vasitələrini rabitə kanalları ilə təmin etsinlər.
4.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səyyar xidmətlərin təşkili ilə bağlı işlərin gedişi barədə “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına mütəmadi olaraq məlumat versin.
5.Bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Dövlət Komissiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin və görülən işlərin yekunu ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2014-cü il.
11 сентября 2014, 09:09
12 февраля 2014, 09:02
О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева подробно...
12 февраля 2014, 09:02
О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики» подробно...
11 февраля 2014, 16:02
Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования подробно...
10 февраля 2014, 15:02
Резко расширен штат Министерства налогов Азербайджана подробно...
10 февраля 2014, 12:02
Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита подробно...
10 февраля 2014, 11:02
Отмена механизма купчих на квартиры предложена в Азербайджане подробно...
7 февраля 2014, 11:02
Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий подробно...
7 февраля 2014, 11:02
Новые механизмы налогового контроля вводятся в Азербайджане подробно...
7 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике подробно...
7 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике подробно...