“Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 187-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459, № 11, maddə 2254) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin adından “məqsədi və fəaliyyət” sözləri çıxarılsın;

1.2. 2.1-ci bənd ləğv edilsin;

1.3. 3.1.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

1.4. 3.1.7-ci və 3.2.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.7. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;”;

“3.2.13. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək (verildiyi halda);”;

1.5. 3.2.6-cı yarımbənddə “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən” sözləri ilə əvəz edilsin;

1.6. 4.2-ci bəndə “quruma” sözündən sonra “, o cümlədən publik hüquqi şəxsin özünə” sözləri əlavə edilsin;

1.7. 4.3.1-ci yarımbəndə və 4.28-ci bəndə ismin müvafiq hallarında “Baş direktor,” sözlərindən sonra ismin müvafiq hallarında “Baş İcraçı direktor,” sözləri əlavə edilsin;

1.8. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

“4.3-1. Qurumda ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilik Şurası yaradıla bilər.”;

1.9. 4.9.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.9.5. Qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək (təsisçi Şuraya bu səlahiyyətləri verdiyi halda), o cümlədən Qurumun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”;

1.10. 4.9.9-cu yarımbənddən “törəmə” sözü çıxarılsın;

1.11. aşağıdakı məzmunda 4.14-1 – 4.14-3-cü bəndlər əlavə edilsin:

“4.14-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərir.

4.14-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.14-3. Şuranın katibi:

4.14-3.1. Şuranın iclaslarını təşkil edir;

4.14-3.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;

4.14-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.14-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.14-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

1.12. 4.25.8-ci və 4.25.9-cu yarımbəndlərdə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə əvəz edilsin;

1.13. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. Qurumun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”;

1.14. 5.6-cı bənddə “Azərbaycan Respublikasının Prezidenti tərəfindən” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

1.15. 7.2-ci bənddən “statistik uçot aparır,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2020-ci il.

 

 

21 декабря 2020, 18:12

http://www.azertag.az

3521—3530 из 3607

12 февраля 2014, 09:02

О досрочном прекращении полномочий судьи Бакинского суда по тяжким преступлениям Г.А.Алиева   подробно...

12 февраля 2014, 09:02

О расширении осуществляемых в центрах «ASAN xidmət» видов услуг и электронных услуг и внесении изменений в Указ Президента Азербайджанской Республики от 5 сентября 2012 года номер 706 «Об обеспечении деятельности Государственного агентства по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики»   подробно...

11 февраля 2014, 16:02

Министр труда и министр образования Азербайджана обсудят проблему развития профессионального образования   подробно...

10 февраля 2014, 15:02

Резко расширен штат Министерства налогов Азербайджана   подробно...

10 февраля 2014, 12:02

Текущий счёт Азербайджана в 2013 году имел $10 млрд. профицита   подробно...

10 февраля 2014, 11:02

Отмена механизма купчих на квартиры предложена в Азербайджане   подробно...

7 февраля 2014, 11:02

Эмир Катара и президент Азербайджана договорились в Сочи о создании совместных предприятий   подробно...

7 февраля 2014, 11:02

Новые механизмы налогового контроля вводятся в Азербайджане   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» лицам, занятым в сфере связи и информационных технологий в Азербайджанской Республике   подробно...

7 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, занятых в информационно-коммуникационной сфере и космической промышленности в Азербайджанской Республике   подробно...