О присвоении имен аграрно-промышленным объектам республики


Дата релиза: 30.09.1996

Respublikanın aqrar-sənaye obyektlərinə ad verilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

Respublikanın aqrar-sənaye obyektlərinə
ad verilməsi haqqında

Qərar № 130

Bakı şəhəri, 30 sentyabr 1996-cı il

Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin edilməsi uğrunda həyatlarını qurban vermiş vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Respublikanın əlavədə göstərilən aqrar-sənaye obyektlərinə şəhid adlarının verilməsi barədə Beyləqan, Lənkəran, Neftçala və Salyan rayon İcra Hakimiyyətlərinin, habelə təsərrüfatların, əmək kollektivlərinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış təklifləri qəbul edilsin.

Baş nazirin birinci müavini

A.RASİ-ZADƏ.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 30 sentyabr tarixli
130 nömrəli qərarına
Əlavə

Yeni ad veriləcək aqrar-sənaye obyektlərinin
Siyahısı

Təsərrüfatların mövcud adı

Yeni verilən adlar

Beyləqan rayonu

Daşburun pambıqtəmizləmə zavodunun 7-ci oba pambıq tədarükü məntəqəsi

Daşburun pambıqtəmizləmə zavodunun Mobil Qarsalan oğlu Səhliyev adına 7-ci oba pambıq tədarükü məntəqəsi

Lənkəran rayonu

1 saylı Lənkəran çay fabriki

Arzuman Sabir oğlu Lətifov adına 1 saylı Lənkəran çay fabriki

Neftçala rayonu

Neftçala rayon «Kəndkimya» Birliyi

Mehman Abdulhəsən oğlu Haqverdiyev adına Neftçala rayon «Kəndkimya» Birliyi

Salyan rayonu

Şorsulu pambıq tədarükü məntəqəsi

Qabil Gülağa oğlu Zeynalov adına Şorsulu pambıq tədarükü məntəqəsi

İşlər müdiri

A.HACIYEV.


© LegalActs