Respublikanın aqrar-sənaye obyektlərinə ad verilməsi haqqında
Relizin Tarixi: 30.09.1996
Azərbaycan Respublikası Nazirlər Kabineti
Respublikanın aqrar-sənaye
obyektlərinə
ad verilməsi haqqında
Qərar № 130
Bakı şəhəri, 30 sentyabr 1996-cı il
Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin edilməsi uğrunda həyatlarını qurban vermiş vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Respublikanın əlavədə göstərilən aqrar-sənaye obyektlərinə şəhid adlarının verilməsi barədə Beyləqan, Lənkəran, Neftçala və Salyan rayon İcra Hakimiyyətlərinin, habelə təsərrüfatların, əmək kollektivlərinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış təklifləri qəbul edilsin.
Baş nazirin birinci müavini
A.RASİ-ZADƏ.
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
1996-cı il 30 sentyabr tarixli
130 nömrəli qərarına
Əlavə
Yeni ad veriləcək aqrar-sənaye
obyektlərinin
Siyahısı
Təsərrüfatların mövcud adı |
Yeni verilən adlar |
Beyləqan rayonu |
|
Daşburun pambıqtəmizləmə zavodunun 7-ci oba pambıq tədarükü məntəqəsi |
Daşburun pambıqtəmizləmə zavodunun Mobil Qarsalan oğlu Səhliyev adına 7-ci oba pambıq tədarükü məntəqəsi |
Lənkəran rayonu |
|
1 saylı Lənkəran çay fabriki |
Arzuman Sabir oğlu Lətifov adına 1 saylı Lənkəran çay fabriki |
Neftçala rayonu |
|
Neftçala rayon «Kəndkimya» Birliyi |
Mehman Abdulhəsən oğlu Haqverdiyev adına Neftçala rayon «Kəndkimya» Birliyi |
Salyan rayonu |
|
Şorsulu pambıq tədarükü məntəqəsi |
Qabil Gülağa oğlu Zeynalov adına Şorsulu pambıq tədarükü məntəqəsi |
İşlər müdiri
A.HACIYEV.
© LegalActs