Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 147)

Дата релиза: 20.08.1997

Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında

Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq professor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsinin üzvləri

Həsən Həsənov —Azərbaycan Respublikasının xarici işlər naziri

Rəfael Allahverdiyev —Bakı şəhər İcra hakimiyyətinin başçısı

Fatma Abdullazadə —Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri

Polad Bülbüloğlu —Azərbaycan Respublikasının mədəniyyət naziri

Lidiya Rəsulova —Azərbaycan Respublikasının təhsil naziri

Sirus Təbrizli —Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

Nizami Xudiyev —Azərbyacan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri

Fərəməz Maqsudov —Azərbaycan Elmlər Akademiyasının prezidenti

Tofiq Quliyev —Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Anar Rzayev —Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Bədəlbəyli —Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri

Zeynəb Xanlarova —xalq artisti

Xuraman Qasımova —xalq artisti

2. Təşkilat Komitəsi 1997-ci ilin noyabrında Bakı şəhərində vokalçıların Bülbül adına Birinci beynəlxalq müsabiqəsinin keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 20 avqust 1997-ci il

№ 650

«Azərbaycan» qəzetində dərc edilmişdir (21 avqust 1997-ci il, № 179) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 147) («LegalActs» LLC).

© LegalActs LLC