Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 434)
Дата релиза: 24.11.1997Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan sənətinin böyük ustadı Aşıq Ələsgərin 175 illik yubileyinin respublikada keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Elçin Əfəndiyev |
— |
Azərbaycan Respublikası Baş nazirinin müavini, sədr |
Təşkilat Komitəsinin üzvləri |
||
Rəfael Allahverdiyev |
— |
Bakı şəhəri İcra Hakimiyyətinin başçısı |
Fatma Abdullazadə |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri |
Polad Bülbüloğlu |
— |
Azərbaycan Respublikasının mədəniyyət naziri |
Sirus Təbrizli |
— |
Azərbaycan Respublikasının mətbuat və informasiya naziri |
Nizami Xudiyev |
— |
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri |
Fərəməz Maqsudov |
— |
Azərbaycan Elmlər Akademiyasının prezidenti |
Tofiq Quliyev |
— |
Azərbaycan Bəstəkarlar İttifaqının sədri |
Anar Rzayev |
— |
Azərbaycan Yazıçılar Birliyinin sədri |
Misir Mərdanov |
— |
M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru |
Mübariz Yusifov |
— |
H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru |
Bəkir Nəbiyev |
— |
Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi |
Kamal Abdullayev |
— |
Mədəniyyət Fondunun sədri |
Bəxtiyar Vahabzadə |
— |
xalq şairi |
Zəlimxan Yaqub |
— |
şair |
İslam Ələsgərov |
— |
Aşıq Ələsgərin nəvəsi, tədqiqatçı |
Ədalət Nəsibov |
— |
Əməkdar incəsənət xadimi |
Narınc Səfərova |
— |
Aşıq Pəri məclisinin rəhbəri |
2. Azərbaycan Elmlər Akademiyası və Mətbuat və İnformasiya Nazirliyi Aşıq Ələsgərin ədəbi irsinin, habelə onun həyat və yaradıcılığını əks etdirən tədqiqat işinin hazırlanıb çap olunmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 noyabr 1997-ci il
№ 694
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 noyabr 1997-ci il, № 257) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 434) («LegalActs» LLC).
© LegalActs LLC