Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 434)

Relizin Tarixi: 24.11.1997

Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında

Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan sənətinin böyük ustadı Aşıq Ələsgərin 175 illik yubileyinin respublikada keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Elçin Əfəndiyev

Azərbaycan Respublikası Baş nazirinin müavini, sədr

Təşkilat Komitəsinin üzvləri

Rəfael Allahverdiyev

Bakı şəhəri İcra Hakimiyyətinin başçısı

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri

Polad Bülbüloğlu

Azərbaycan Respublikasının mədəniyyət naziri

Sirus Təbrizli

Azərbaycan Respublikasının mətbuat və informasiya naziri

Nizami Xudiyev

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri

Fərəməz Maqsudov

Azərbaycan Elmlər Akademiyasının prezidenti

Tofiq Quliyev

Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Anar Rzayev

Azərbaycan Yazıçılar Birliyinin sədri

Misir Mərdanov

M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru

Mübariz Yusifov

H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru

Bəkir Nəbiyev

Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi

Kamal Abdullayev

Mədəniyyət Fondunun sədri

Bəxtiyar Vahabzadə

xalq şairi

Zəlimxan Yaqub

şair

İslam Ələsgərov

Aşıq Ələsgərin nəvəsi, tədqiqatçı

Ədalət Nəsibov

Əməkdar incəsənət xadimi

Narınc Səfərova

Aşıq Pəri məclisinin rəhbəri

2. Azərbaycan Elmlər Akademiyası və Mətbuat və İnformasiya Nazirliyi Aşıq Ələsgərin ədəbi irsinin, habelə onun həyat və yaradıcılığını əks etdirən tədqiqat işinin hazırlanıb çap olunmasını təmin etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 noyabr 1997-ci il

№ 694

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 noyabr 1997-ci il, № 257) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 434) («LegalActs» LLC).

© LegalActs LLC