Об улучшении материального обеспечения работников Азербайджанского Государственного телеграфного агентства (АзерТАдж)
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 743)
Дата релиза: 28.12.2002Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktorunun aylıq vəzifə maaşı nazirin aylıq vəzifə maaşı, baş direktorun 1-ci müavininin aylıq vəzifə maaşı nazirin 1-ci müavininin aylıq vəzifə maaşı, baş direktorun müavininin aylıq vəzifə maaşı isə nazir müavininin aylıq vəzifə maaşı səviyyəsində müəyyən edilsin.
2. AzərTAc-ın digər işçlərinin aylıq vəzifə maaşları 1,5 dəfə artırılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- AzərTAc-ın iş fəaliyyətinin istirahət və bayram günləri (gecə növbəsi də daxil olmaqla) fasiləsizliyini təmin etmək məqsədi ilə onun işçilərinin əmək haqlarına əlavələrin və digər ödənişlərin məbləğini müəyyən etsin;
- AzərTAc-ın işçilərinin ştat sayının son həddini müəyyənləşdirib təsdiq etsin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 28 dekabr 2002-ci il
№ 1110
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 743) («LegalActs» LLC).
© LegalActs LLC