Об улучшении материального обеспечения работников Азербайджанского Государственного телеграфного агентства (АзерТАдж)


«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 743)

Release date: 28.12.2002

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktorunun aylıq vəzifə maaşı nazirin aylıq vəzifə maaşı, baş direktorun 1-ci müavininin aylıq vəzifə maaşı nazirin 1-ci müavininin aylıq vəzifə maaşı, baş direktorun müavininin aylıq vəzifə maaşı isə nazir müavininin aylıq vəzifə maaşı səviyyəsində müəyyən edilsin.

2. AzərTAc-ın digər işçlərinin aylıq vəzifə maaşları 1,5 dəfə artırılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • AzərTAc-ın iş fəaliyyətinin istirahət və bayram günləri (gecə növbəsi də daxil olmaqla) fasiləsizliyini təmin etmək məqsədi ilə onun işçilərinin əmək haqlarına əlavələrin və digər ödənişlərin məbləğini müəyyən etsin;
    • AzərTAc-ın işçilərinin ştat sayının son həddini müəyyənləşdirib təsdiq etsin;
    • bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 dekabr 2002-ci il

№ 1110

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 743) («LegalActs» LLC).

© LegalActs LLC