О проведении тринадцатой годовщины трагедии 20 января
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 742)
Дата релиза: 28.12.200220 Yanvar faciəsinin on üçüncü ildönümünün keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on üç il keçir.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaqdır. Öz qanuni konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciə onun milli qürurunu və iradəsini sarsıda bilmədi. Qəhrəman Azərbaycan övladları xalqımızın böyük mənəvi gücünü ifadə edərək, şəhidlik zirvəsinə qədər yüksəldilər və milli müstəqillik duyğularını daha da gücləndirdilər. Müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları və bilavasitə icraçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi. Təəssüf ki, 20 Yanvar faciəsinin baş verməsindən on üç il keçməsinə baxmayaraq, bu cinayətin səbəbkarları hələ də öz cəzalarını almamışlar.
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının bütün şəhər, rayon və kəndlərində 20 Yanvar faciəsinin on üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilsin.
2. Qanlı Yanvar faciəsinin on üçüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Ramiz Mehdiyev |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, sədr |
Əli Həsənov |
— |
Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri |
Vilayət Quliyev |
— |
Azərbaycan Respublikasının xarici işlər naziri |
Səfər Əbiyev |
— |
Azərbaycan Respublikasının müdafiə naziri |
Ramil Usubov |
— |
Azərbaycan Respublikasının daxili işlər naziri |
Zakir Qaralov |
— |
Azərbaycan Respublikasının baş prokuroru |
Hacıbala Abutalıbov |
— |
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı |
Fikrət Məmmədov |
— |
Azərbaycan Respublikasının ədliyyə naziri |
Əli Nağıyev |
— |
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri |
Əli İnsanov |
— |
Azərbaycan Respublikasının səhiyyə naziri |
Misir Mərdanov |
— |
Azərbaycan Respublikasının təhsil naziri |
Polad Bülbüloğlu |
— |
Azərbaycan Respublikasının mədəniyyət naziri |
Əbülfəs Qarayev |
— |
Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri |
Nizami Xudiyev |
— |
Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri |
Aslan Aslanov |
— |
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru |
Zəhra Quliyeva |
— |
Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri |
Rafiq Əliyev |
— |
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri |
Yusif Hümbətov |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
Əli Həsənov |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri |
Fatma Abdullazadə |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri |
Allahşükür Paşazadə |
— |
Qafqaz Müsəlmanları İdarəsinin sədri |
Səttar Mehbalıyev |
— |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri |
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 28 dekabr 2002-ci il
№ 1109
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 742) («LegalActs» LLC).
© LegalActs LLC