О проведении тринадцатой годовщины трагедии 20 января


«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 742)

Release date: 28.12.2002

20 Yanvar faciəsinin on üçüncü ildönümünün keçirilməsi haqqında

20 Yanvar faciəsinin on üçüncü ildönümünün keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on üç il keçir.

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaqdır. Öz qanuni konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciə onun milli qürurunu və iradəsini sarsıda bilmədi. Qəhrəman Azərbaycan övladları xalqımızın böyük mənəvi gücünü ifadə edərək, şəhidlik zirvəsinə qədər yüksəldilər və milli müstəqillik duyğularını daha da gücləndirdilər. Müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları və bilavasitə icraçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi. Təəssüf ki, 20 Yanvar faciəsinin baş verməsindən on üç il keçməsinə baxmayaraq, bu cinayətin səbəbkarları hələ də öz cəzalarını almamışlar.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının bütün şəhər, rayon və kəndlərində 20 Yanvar faciəsinin on üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilsin.

2. Qanlı Yanvar faciəsinin on üçüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, sədr

Əli Həsənov

Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Vilayət Quliyev

Azərbaycan Respublikasının xarici işlər naziri

Səfər Əbiyev

Azərbaycan Respublikasının müdafiə naziri

Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri

Zakir Qaralov

Azərbaycan Respublikasının baş prokuroru

Hacıbala Abutalıbov

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri

Əli Nağıyev

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Əli İnsanov

Azərbaycan Respublikasının səhiyyə naziri

Misir Mərdanov

Azərbaycan Respublikasının təhsil naziri

Polad Bülbüloğlu

Azərbaycan Respublikasının mədəniyyət naziri

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Nizami Xudiyev

Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri

Aslan Aslanov

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru

Zəhra Quliyeva

Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri

Rafiq Əliyev

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Yusif Hümbətov

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri

Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Səttar Mehbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 dekabr 2002-ci il

№ 1109

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 742) («LegalActs» LLC).

© LegalActs LLC