О создании Государственной комиссии в связи с аварией в Каспийском море парома «Меркурий-2» Азербайджанского государственного каспийского морского пароходства
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 oktyabr 2002-ci il, № 244) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 601)
Дата релиза: 22.10.2002Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin fərmanı
2002-ci il oktyabrın 22-də Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə bağlı xilasetmə işlərini təşkil etmək və hadisənin səbəblərini araşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri: | ||
Artur Rasizadə |
— |
Azərbaycan Respublikasının baş naziri |
Komissiyanın üzvləri: | ||
Abid Şərifov | — | Azərbaycan Respublikası baş nazirinin müavini |
Zakir Qaralov | — | Azərbaycan Respublikasının baş prokuroru |
Fərhad Əliyev | — | Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri |
Ziya Məmmədov | — | Azərbaycan Respublikasının nəqliyyat naziri |
Hüseynqulu Bağırov | — | Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri |
Xələf Xələfov | — | Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini |
Şahin Sultanov | — | Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı |
Natiq Əliyev | — | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti |
Aydın Bəşirov | — | Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi |
Cahangir Əsgərov | — | «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru |
Tofiq Əliyev | — | Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini |
2. Dövlət Komissiyasına tapşırılsın ki:
- təxirəsalınmaz xilasetmə işlərini həyata keçirsin;
- hadisənin baş vermə səbəblərini və şəraitini araşdırsın;
- öz işi haqqında mütəmadi məlumat versin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2002-ci il.
№ 805
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 oktyabr 2002-ci il, № 244) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 601) («LegalActs» LLC).
© LegalActs LLC