Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (23 oktyabr 2002-ci il, № 244) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 601)

Relizin Tarixi: 22.10.2002

Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında

Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin fərmanı

2002-ci il oktyabrın 22-də Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə bağlı xilasetmə işlərini təşkil etmək və hadisənin səbəblərini araşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

Artur Rasizadə

Azərbaycan Respublikasının baş naziri

Komissiyanın üzvləri:
Abid Şərifov Azərbaycan Respublikası baş nazirinin müavini
Zakir Qaralov Azərbaycan Respublikasının baş prokuroru
Fərhad Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Ziya Məmmədov Azərbaycan Respublikasının nəqliyyat naziri
Hüseynqulu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Xələf Xələfov Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
Şahin Sultanov Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı
Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Aydın Bəşirov Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Cahangir Əsgərov «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru
Tofiq Əliyev Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini

2. Dövlət Komissiyasına tapşırılsın ki:

    • təxirəsalınmaz xilasetmə işlərini həyata keçirsin;
    • hadisənin baş vermə səbəblərini və şəraitini araşdırsın;
    • öz işi haqqında mütəmadi məlumat versin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2002-ci il.

№ 805

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 oktyabr 2002-ci il, № 244) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 601) («LegalActs» LLC).

© LegalActs LLC