Перечень предприятий, представивших поддельные счета-фактуры
Дата релиза: 15.03.2002
13/13-25/810-765
15 mart 2002-ci il
Saxta hesab-fakturaları təqdim edən müəssisələrin siyahısı
Naxçıvan MR
Vergilər Nazirliyi,
İri vergi ödəyiciləri və xüsusi vergi rejimli
müəssisələr ilə iş üzrə Departamentinin,
Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin,
Vergilər Nazirliyinin ərazi Vergilər
İdarələrinin rəislərinə
Vergilər Nazirliyinin 12 aprel 2001-ci il tarixli A-56 saylı və 05 fevral 2002-ci il tarixli A-35 saylı əmrlərinin icrası ilə əlaqədar İqtisadi təhlil və uçotun təşkili İdarəsi tərəfindən aparılmış araşdırmalar zamanı aşağıdakılar müəyyən olunmuşdur:
Vergi ödəyijisi kimi dövlət reyestrində qeydiyyatda olmayan lakin, kompüter-texniki imkanlardan istifadə edərək və yaxud mətbəələrə saxta ƏDV ödəyicisinin qeydiyyat bildirişini təqdim edərək vergi hesab fakturası əldə etmiş daha 10 müəssisə (siyahıya əlavə olunur) aşkar edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, bu müəssisələrin təqdim etdikləri hesab fakturalar əsasında vergi ödəyiciləri tərəfindən aparılmış əvəzləşmələri ləğv edib, həmin məbləğin büdcəyə alınması üçün qanunamüvafiq tədbirlərin görülməsini və görülmüş tədbirlər barədə mütəmadi olaraq idarəyə məlumat verilməsini təmin edəsiniz.
Bundan başqa bildirilir ki, gələcəkdə ƏDV ödəyiciləri tərəfindən bəyannamə təqdim edilərkən əlavə məlumatda qeyd olunan müəssisələr tərəfindən təqdim edilmiş vergi hesab fakturalar əsasında əvəzləşmə aparılarsa, bu əvəzləşmələr əlavə dəyər vergisinin hesabalanmasında nəzərə alınmamalıdır.
İdarə rəisi,
kiçik vergi xidməti müşaviri
Ş.MUSTAFAYEV
Vergilər
Nazirliyinin
15 mart 2001-ci il tarixli
13/13-25/810-765 saylı məktubuna
əlavə
Sıra №-si |
Müəssisənin adı |
VÖEN (saxta) |
Vergi hesab fakturasının seriya və nömrəsi |
1 |
Hüquqi inşaatçı |
580000352 |
|
2 |
Hüquqi 3 saylı TTTM |
950000626 |
|
3 |
«Korifey» MMM |
170003209 |
|
4 |
«Bəxtəvər» firması |
160038598 |
|
5 |
Smart Rek |
19001756 |
|
6 |
«Kamran-V» müstəqil çoxsahəli KM |
310009842 |
BC 068101-068200 |
7 |
Res LTD firması |
140015354 |
|
8 |
Qədir firması |
990001975 |
|
9 |
Korroziya kooperativi |
140011896 |
|
10 |
İnşaatçı |
900017804 |
© LegalActs LLC