Перечень предприятий, представивших поддельные счета-фактуры


Release date: 15.03.2002

Saxta hesab-fakturaları təqdim edən müəssisələrin siyahısı

13/13-25/810-765

15 mart 2002-ci il

Saxta hesab-fakturaları təqdim edən müəssisələrin siyahısı

Naxçıvan MR Vergilər Nazirliyi,
İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə Departamentinin,
Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin,
Vergilər Nazirliyinin ərazi Vergilər İdarələrinin rəislərinə

Vergilər Nazirliyinin 12 aprel 2001-ci il tarixli A-56 saylı və 05 fevral 2002-ci il tarixli A-35 saylı əmrlərinin icrası ilə əlaqədar İqtisadi təhlil və uçotun təşkili İdarəsi tərəfindən aparılmış araşdırmalar zamanı aşağıdakılar müəyyən olunmuşdur:

Vergi ödəyijisi kimi dövlət reyestrində qeydiyyatda olmayan lakin, kompüter-texniki imkanlardan istifadə edərək və yaxud mətbəələrə saxta ƏDV ödəyicisinin qeydiyyat bildirişini təqdim edərək vergi hesab fakturası əldə etmiş daha 10 müəssisə (siyahıya əlavə olunur) aşkar edilmişdir.

Qeyd olunanları nəzərə alaraq, bu müəssisələrin təqdim etdikləri hesab fakturalar əsasında vergi ödəyiciləri tərəfindən aparılmış əvəzləşmələri ləğv edib, həmin məbləğin büdcəyə alınması üçün qanunamüvafiq tədbirlərin görülməsini və görülmüş tədbirlər barədə mütəmadi olaraq idarəyə məlumat verilməsini təmin edəsiniz.

Bundan başqa bildirilir ki, gələcəkdə ƏDV ödəyiciləri tərəfindən bəyannamə təqdim edilərkən əlavə məlumatda qeyd olunan müəssisələr tərəfindən təqdim edilmiş vergi hesab fakturalar əsasında əvəzləşmə aparılarsa, bu əvəzləşmələr əlavə dəyər vergisinin hesabalanmasında nəzərə alınmamalıdır.

İdarə rəisi,

kiçik vergi xidməti müşaviri

Ş.MUSTAFAYEV


Vergilər Nazirliyinin
15 mart 2001-ci il tarixli
13/13-25/810-765 saylı məktubuna
əlavə

Sıra №-si

Müəssisənin adı

VÖEN (saxta)

Vergi hesab fakturasının seriya və nömrəsi

1

Hüquqi inşaatçı

580000352

2

Hüquqi 3 saylı TTTM

950000626

3

«Korifey» MMM

170003209

4

«Bəxtəvər» firması

160038598

5

Smart Rek

19001756

6

«Kamran-V» müstəqil çoxsahəli KM

310009842

BC 068101-068200

7

Res LTD firması

140015354

8

Qədir firması

990001975

9

Korroziya kooperativi

140011896

10

İnşaatçı

900017804


© LegalActs LLC