О государственной комиссии по демаркации государственной границы между Азербайджанской Республикой и Российской Федерацией
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 372)
Дата релиза: 01.06.2005Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan Respublikasının dövlət idarəetmə strukturunda aparılan dəyişiklikləri nəzərə alaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası aşağıdakı tərkibdə təsdiq olunsun:
Komissiyanın sədri: |
||
Xələfov Xələf Alı oğlu |
— |
xarici işlər nazirinin müavini |
Komissiyanın sədr müavini: |
||
Məmmədov Qərib Şamil oğlu |
— |
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri |
Komissiyanın üzvləri: |
||
Quliyev Elçin İsaq oğlu |
— |
Dövlət Sərhəd Xidmətinin rəisi -sərhəd qoşunlarının komandanı |
Zalov Oruc İbrahim oğlu |
— |
daxili işlər nazirinin müavini |
Cəfərov Eyvaz Məmməd oğlu |
— |
müdafiə nazirliyinin əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi |
Qafarov Zavər Murad oğlu |
— |
ədliyyə nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi |
Nağıyev Azad Sabir oğlu |
— |
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin topoqrafiya və geodeziya şöbəsinin rəisi |
Əli Nağıyev | — |
Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini |
2. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası haqqında» 1999-cu il 15 yanvar tarixli 59 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 2002-ci il
№ 965
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 372) («LegalActs» LLC).
1 iyun 2005-ci il tarixli, 836 nömrəli sərəncama əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC