О государственной комиссии по демаркации государственной границы между Азербайджанской Республикой и Российской Федерацией
Дата релиза: 04.12.2017
Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında dövlət sərhədinin
delimitasiyası və demarkasiyası üzrə Dövlət
Komissiyası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan
Respublikasının dövlət idarəetmə strukturunda
aparılan dəyişiklikləri nəzərə alaraq
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə Dövlət Komissiyası aşağıdakı
tərkibdə təsdiq olunsun:
Komissiyanın sədri
Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin müavini
Fərhad Tağı-zadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
Rauf Hacıyev — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Oruc Zalov — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Ayaz Həsənov — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
Elxan Usubov — Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
İslam Rzayev — Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev — Qax Rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev — Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasov — Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Eyvaz Qurbanov — Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Elçin Nəsibov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri
2. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası haqqında» 1999-cu il 15 yanvar tarixli 59 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 2002-ci il
№ 965
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 372) («LegalActs» LLC).
1 iyun 2005-ci il tarixli, 836 nömrəli; 25 aprel 2012-ci il tarixli, 2200 nömrəli; 27 dekabr 2012-ci il tarixli, 2639 nömrəli; 9 fevral 2017-ci il tarixli; 4 dekabr 2017-ci il tarixli Sərəncamlara; 15 fevral 2016-cı il tarixli, 787 nömrəli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC