О мерах, связанных с итоговым обзором Комитета прав человека Организации Объединенных Наций по докладу правительства Азербайджанской Республики по международному пакту о гражданских и политических правах


«Azərbaycan» qəzetində dərc edilmişdir ( 23 iyun 2002-ci il, № 141) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 361).

Дата релиза: 22.06.2002

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalı ilə əlaqədar tədbirlər barədə

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalı ilə əlaqədar tədbirlər barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2001-ci il oktyabrın 26-da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin 73-cü sessiyasında Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin ikinci dövri məruzəsinə baxılmışdır.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi ilkin hesabatın təqdim olunmasından sonra keçən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan Respublikasının öz qanunvericiliyini beynəlxalq öhdəliklərinə uyğunlaşdırması, habelə məhkəmə islahatları sahəsində Azərbaycan Respublikasının səylərini təqdirəlayiq hesab etmişdir.

Bununla yanaşı, təqdim olunmuş məruzə üzrə İnsan Hüquqları Komitəsinin yekun icmalında ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində müəyyən problemlər mövcud olduğu qeyd edilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri:

Xələf Xələfov

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İşçi qrupunun üzvləri:

Zahid Dünyamalıyev

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Baxış Zeynalov

Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Toğrul Musayev

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Abbas Vəlibəyov

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Eldar Məmmədov

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi

Eldar Nuriyev

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Möminat Ömərova

Azərbaycan Respublikasının Qadın problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Otari Qvaladze

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunun referenti

Kamran Şəfiyev

Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini — İnsan hüquqları üzrə qanunvericilik bölməsinin müdiri

Svetlana Qasımova

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası sədrinin müavini

Səməd Bayramzadə

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri

2. İşçi qrupuna tapşırılsın ki:

    • Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • verilmiş tövsiyələr əsasında 2002-ci il noyabrın 1-dək aralıq məruzəsinin hazırlanıb Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə təqdim olunmasını təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 22 iyun 2002-ci il

№ 954.

«Azərbaycan» qəzetində dərc edilmişdir ( 23 iyun 2002-ci il, № 141) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 361) («LegalActs» LLC).

© LegalActs LLC