Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalı ilə əlaqədar tədbirlər barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 23 iyun 2002-ci il, № 141) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 361).
Relizin Tarixi: 22.06.2002Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalı ilə əlaqədar tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2001-ci il oktyabrın 26-da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin 73-cü sessiyasında Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin ikinci dövri məruzəsinə baxılmışdır.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi ilkin hesabatın təqdim olunmasından sonra keçən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan Respublikasının öz qanunvericiliyini beynəlxalq öhdəliklərinə uyğunlaşdırması, habelə məhkəmə islahatları sahəsində Azərbaycan Respublikasının səylərini təqdirəlayiq hesab etmişdir.
Bununla yanaşı, təqdim olunmuş məruzə üzrə İnsan Hüquqları Komitəsinin yekun icmalında ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində müəyyən problemlər mövcud olduğu qeyd edilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci məruzəsinə dair Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
İşçi qrupunun rəhbəri: |
||
Xələf Xələfov |
— |
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini |
İşçi qrupunun üzvləri: |
||
Zahid Dünyamalıyev |
— |
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini |
Baxış Zeynalov |
— |
Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini |
Toğrul Musayev |
— |
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini |
Abbas Vəlibəyov |
— |
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini |
Eldar Məmmədov |
— |
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi |
Eldar Nuriyev |
— |
Azərbaycan Respublikası Baş prokurorunun müavini |
Möminat Ömərova |
— |
Azərbaycan Respublikasının Qadın problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini |
Otari Qvaladze |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunun referenti |
Kamran Şəfiyev |
— |
Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini — İnsan hüquqları üzrə qanunvericilik bölməsinin müdiri |
Svetlana Qasımova |
— |
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası sədrinin müavini |
Səməd Bayramzadə |
— |
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri |
2. İşçi qrupuna tapşırılsın ki:
- Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair yekun icmalında verilmiş tövsiyələrin həyata keçirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- verilmiş tövsiyələr əsasında 2002-ci il noyabrın 1-dək aralıq məruzəsinin hazırlanıb Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə təqdim olunmasını təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 22 iyun 2002-ci il
№ 954.
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 23 iyun 2002-ci il, № 141) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 361) («LegalActs» LLC).
© LegalActs LLC