О применении Закона Азербайджанской Республики «Об обязательном страховании государственных служащих»


«Azərbaycan» qəzetində dərc edilmişdir (04 iyun 2002-ci il, № 125) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 278)

Дата релиза: 29.05.2002

«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respubiikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş ağır və yüngül xəsarət növlərinin siyahısını təsdiq etsin.

2. Müəyyən edilsin ki, «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 29 may 2002-ci il

№ 711.

«Azərbaycan» qəzetində dərc edilmişdir (04 iyun 2002-ci il, № 125) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 278) («LegalActs» LLC).

22 aprel 2014-cü il tarixli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC