«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (04 iyun 2002-ci il, № 125) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 278)
Relizin Tarixi: 29.05.2002«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respubiikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş ağır və yüngül xəsarət növlərinin siyahısını təsdiq etsin.
2. Müəyyən edilsin ki, «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 may 2002-ci il
№ 711.
«Azərbaycan» qəzetində dərc edilmişdir (04 iyun 2002-ci il, № 125) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 278) («LegalActs» LLC).
22 aprel 2014-cü il tarixli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC