О применении Закона Азербайджанской Республики «О государственной дактилоскопической регистрации в Азербайджанской Республике»


«Azərbaycan» qəzetində dərc edilmişdir (29 iyul 2000-ci il, № 170) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2000-ci il, № 7, maddə 514)

Дата релиза: 15.07.2000

«Mülki müdafiə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bə`zi məsələlər barədə

«Azərbaycan Respublikasında
dövlət daktiloskopik qeydiyyatı haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • «Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində və 18-ci maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin Qanundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsinin 4-cü bəndində və ikinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci abzasında və 3-cü bəndində, 13-cü maddəsinin ikinci hissəsində, 14-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini təhqiqat orqanları, ibtidai instintaq orqanları və ya həmin orqanların tapşırığı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;
    • həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 1-ci maddəsinin 1-ci bəndində və 10-cu maddəsinin üçüncü hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini bu Fərmanın 2-ci bəndinin ikinci, üçüncü və dördüncü abzaslarında göstərilən dövlət orqanları öz səlahiyyəti hüdudlarında həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 15 iyul 2000-ci il

№ 374

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 iyul 2000-ci il, № 170) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2000-ci il, № 7, maddə 514) («LegalActs» LLC).

© LegalActs LLC