Об упразднении пожарно-технического колледжа


Дата релиза: 30.10.2014

Yanğın Texniki Kollecinin ləğv edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Yanğın Texniki Kollecinin ləğv edilməsi haqqında

Qərar № 361

Bakı şəhəri, 30 oktyabr 2014-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 68 nömrəli qərarı ilə yaradılmış Yanğın Texniki Kolleci ləğv edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 31 oktyabr 2014-cü il, № 10, maddə 1328) («LegalActs» LLC).

© «LegalActs» LLC