Yanğın Texniki Kollecinin ləğv edilməsi haqqında
Relizin Tarixi: 30.10.2014
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Yanğın Texniki Kollecinin ləğv edilməsi haqqında
Qərar № 361
Bakı şəhəri, 30 oktyabr 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 68 nömrəli qərarı ilə yaradılmış Yanğın Texniki Kolleci ləğv edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Artur RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 31
oktyabr 2014-cü il, № 10, maddə 1328) («LegalActs» LLC).
© «LegalActs» LLC