Об учреждении особого знака отличия Национального Героя Азербайджана
«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13, maddə 492)
Дата релиза: 06.02.1998Azərbaycanın Milli Qəhrəmanının
xüsusi fərqlənmə nişanını təsis etmək haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı «Qızıl Ulduz» medalı tə’sis edilsin.
2. «Qızıl Ulduz» medalının şəkli və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 7 iyul 1992-ci il
№ 201
«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) («LegalActs»).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13, maddə 492)
6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs»).
«Qızıl Ulduz» medalının
TƏSVİRİ
«Qızıl Ulduz» medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır.
Arxa tərəfi hamar səthlidir, ortasında «Azərbaycanın Milli Qəhrəmanı» sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur.
Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır.
Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
© LegalActs