Об использовании земельных участков, на которых расположены приватизируемые государственные предприятия и объекты
Дата релиза: 05.06.1997
Özəlləşdirilən dövlət müəssisələrinin və
obyektlərinin yerləşdiyi torpaq sahələrindən
istifadə edilməsi barəsində
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı» na müvafiq olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin mülkiyyətçilərinin hüquqlarının tə`min edilməsi məqsədi ilə qərara alıram:1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
- Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən qüvvədə olan normativ-hüquqi aktlara uyğun olaraq istifadə qaydalarını və bu torpaq sahələrindən istifadə hüququna dair şəhadətnaməni 15 gün müddətində təsdiq etsin;
2. Müəyyən edilsin ki, bu fərmanın 1-ci bəndinin ikinci abzasında göstərilən torpaq sahələrinin özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin ilk növbədə satın almaq hüququ vardır.
3. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, 10 gün müddətində bu fərmanın 1-ci bəndində göstərilən əsasnamə layihəsini və şəhadətnamələrin nümunələrini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Müəyyən edilsin ki, bu fərmanın 1-ci bəndində göstərilən şəhadətnamələr Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən verilir.
4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 5 iyun 1997-ci il.
№ 594.
«Azərbaycan» qəzetində dərc edilmişdir (06 iyun 1997-ci il, № 114) ( «LegalActs» LLC).
24 avqust 2002-ci il tarixli, 760 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC