S. Ə. Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 fevral 2004-cü il, № 43) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 98)
Дата релиза: 20.02.2004S. Ə. Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Süleyman Ələsgərovun yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 23) xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki,
- musiqi məktəblərindən birinə Süleyman Ələsgərovun adını versin;
- Süleyman Ələsgərovun anadan olmasının 80 illik yubileyinin qeyd olunmasını təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 20 fevral 2004-cü il
№ 97
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 fevral 2004-cü il, № 43) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 98) («LegalActs» LLC).
© LegalActs LLC