S. Ə. Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (21 fevral 2004-cü il, № 43) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 98)

Relizin Tarixi: 20.02.2004

S. Ə. Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi haqqında

S. Ə. Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyəti Süleyman Ələsgərovun yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 23) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki,

    • musiqi məktəblərindən birinə Süleyman Ələsgərovun adını versin;
    • Süleyman Ələsgərovun anadan olmasının 80 illik yubileyinin qeyd olunmasını təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 20 fevral 2004-cü il

№ 97

«Azərbaycan» qəzetində dərc edilmişdir (21 fevral 2004-cü il, № 43) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 98) («LegalActs» LLC).

© LegalActs LLC