О внесении дополнения в Закон Азербайджанской Республики «Об увековечении звания шехида и предоставляемых семьям шехидов льготах»


Дата релиза: 12.09.2003

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 282, maddə 293; 2001-ci il, № 12, maddə 731) 3-cü maddəsinin ikinci hissəsinin altıncı abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

    • «dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar».

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 sentyabr 2003-cü il

№ 499-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 2003-cü il, № 246) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2003-cü il, № 10, maddə 539) («LegalActs» LLC).


© LegalActs LLC