«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
Relizin Tarixi: 12.09.2003
«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 282, maddə 293; 2001-ci il, № 12, maddə 731) 3-cü maddəsinin ikinci hissəsinin altıncı abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
- «dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar».
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 12 sentyabr 2003-cü il
№ 499-IIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 2003-cü il, № 246) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2003-cü il, № 10, maddə 539) («LegalActs» LLC).
© LegalActs LLC