Şeyx Şamilin 200 illik yubileyi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1997-ci il, № 4, maddə 324)
Release date: 21.10.1997Şeyx Şamilin 200 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azadlıq uğrunda mübarizə simvoluna çevrilmiş Şeyx Şamil şəxsiyyətinin müstəqil Azərbaycan Respublikasının vətəndaşlarında tarixi keçmişə düzgün münasibət, vətənə sədaqət hisslərinin formalaşmasında xüsusi əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elmlər Akademiyası, təhsil, mədəniyyət, gənclər və idman nazirlikləri, yerli icra hakimiyyəti strukturları Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsini təmin etsinlər.
2. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 21 oktyabr 1997-ci il
№ 680
«Azərbaycan» qəzetində dərc edilmişdir (22 oktyabr 1997-ci il, № 230) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1997-ci il, № 4, maddə 324) («LegalActs» LLC).
© LegalActs LLC