О применении Закона Азербайджанской Республики «О бюджетной системе»


Release date: 16.08.2016

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
    • həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • həmin Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş vahid büdcə təsnifatı haqqında qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş Dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
    • dövlət büdcəsinin tərtibi və icrası qaydalarını hazırlayıb Azərbaycan Respublikasının prezidenti ilə razılaşdıraraq təsdiq etsin;
    • öz səlahiyyətləri daxilində bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü, 11.16-cı, 12.1-ci, 12.1.15-ci, 15.2-ci, 15.4-cü, 16.2-ci, 20.3-cü, 23.8-ci, 23.8.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
    • həmin Qanunun 20.1-ci və 20.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;
    • həmin Qanunun 27.5-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;
    • həmin Qanunun 4.2-ci, 6.5-ci (birinci halda), 11.3-cü (birinci halda), 11.5-ci (üçüncü halda), 11.15-ci, 17.3-cü (ikinci halda), 18.6-cı, 19.2-ci (ikinci və üçüncü halda), 19.6-cı və 32.2.2-ci (üçüncü halda) maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin Qanunun 11.4-cü (birinci halda), 11.5-ci (birinci halda), 11.6-cı, 11.8-ci maddəsinin birinci abzasında, həmin maddənin ikinci abzasında (ikinci və üçüncü halda), 11.9.1-ci, 11.9.3-cü, 11.9.4-cü, 11.11-ci, 11.12-ci, 11.13-cü, 11.14-cü, 11.14.4-cü, 11.17-ci, 17.1-ci, 17.2-ci, 17.4-cü, 18.3-cü (ikinci halda), 18.3-1-ci, 18.4-cü, 18.5-ci, 19.2-ci (birinci halda), 19.7-ci, 19.10-cu, 20.4-cü, 21.2-ci, 21.4-cü, 25.2-ci, 25.6-cı, 27.1-ci, 27.5-ci (birinci halda), 32.2.2-ci (birinci və ikinci hallarda), 32.5-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 11.3-cü (ikinci halda), 11.4-cü (ikinci halda), 11.5-ci (ikinci halda) və 11.10-cu maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 11.8-ci maddəsinin ikinci abzasında (birinci halda) və 18.3-cü (birinci halda) maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;
    • həmin Qanunun 17.3-cü (birinci halda) maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirirlər;
    • həmin Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»na Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları aid edilir.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə uyğun olaraq dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar üçün ilin əvvəlindən artan yekunla dövlət büdcəsinin gəlirlərinə dair aylıq və rüblük hesabat formalarını hazırlayıb iki ay müddətində təsdiq etsin.

4. Bu fərman 1 yanvar 2003-cü ildən qüvvəyə minir.

5. Bu fərmanın qüvvəyə mindiyi tarixdən «Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 22 iyul 1999-cu il tarixli 159 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV,

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

№ 809

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 605) («LegalActs» LLC).

29 dekabr 2004-cü il tarixli, 168 nömrəli; 20 iyul 2009-cu il tarixli, 124 nömrəli; 8 fevral 2010-cu il tarixli, 213 nömrəli; 14 may 2014-cü il tarixli, 164 nömrəli; 30 oktyabr 2014-cü il tarixli; 16 avqust 2016-cı il tarixli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC