Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Kollegiya sədrlərinin təyin edilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, 3-cü kitab, maddə 634)

Release date: 28.08.2000

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Kollegiya sədrlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Kollegiya sədrlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Kollegiya sədri təyin edilsinlər:

İlham Məmmədcəfər oğlu Həsənov

Cinayət İşləri və İnzibati Hüquqpozmalara dair işlər üzrə Məhkəmə Kollegiyasının sədri

Asif Şirin oğlu Allahverdiyev

Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri

Şahin Yaşar oğlu Yusifov

Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 28 avqust 2000-ci il

№ 513

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, 3-cü kitab, maddə 634) («LegalActs» LLC).

© LegalActs LLC