Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Kollegiya sədrlərinin təyin edilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, 3-cü kitab, maddə 634)
Relizin Tarixi: 28.08.2000
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Kollegiya sədrlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:
Aşağıdakı şəxslər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Kollegiya sədri təyin edilsinlər:
İlham Məmmədcəfər oğlu Həsənov |
— |
Cinayət İşləri və İnzibati Hüquqpozmalara dair işlər üzrə Məhkəmə Kollegiyasının sədri |
Asif Şirin oğlu Allahverdiyev |
— |
Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri |
Şahin Yaşar oğlu Yusifov |
— |
Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri |
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 avqust 2000-ci il
№ 513
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, 3-cü kitab, maddə 634) («LegalActs» LLC).
© LegalActs LLC