О применении Закона Азербайджанской Республики «О регистрации по месту жительства и месту пребывания»


«Azərbaycan» qəzetində dərc edilmişdir (20 sentyabr 1996-cı il, № 182) Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 89).

Release date: 14.06.1996

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1997-ci il 1 yanvar tarixində qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsinə qədər:

    • qüvvədə olan müvafiq qanunvericilik aktlarının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • öz səlahiyyətləri daxilində «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə tapşırılsın ki, öz səlahiyyətləri daxilində «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn digər məsələləri həmin Qanunun qüvvəyə minməsinə qədər həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 14 iyun 1996-cı il.

№ 493.

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 sentyabr 1996-cı il, № 182) («LegalActs» LLC).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 89) ( «LegalActs» LLC).

© LegalActs LLC