О внесении изменения в Указ Президента Азербайджанской Республики «О применении Закона Азербайджанской Республики «О частной медицинской деятельности» от 6 марта 2000 года № 296
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 481)
Release date: 23.10.2003«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi sahəsində əlavə tədbirləri həyata keçirmək məqsədi ilə qərara alıram:
1. «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (iki kitabda), I kitab, maddə 163) aşağıdakı dəyişiklik edilsin:
- Fərmanın 2-ci bəndinin 3-cü abzası aşağıdakı redaksiyada verilsin:
- «həmin Qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 9-cu maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;»
; - Fərmanın 1-ci bəndinin səkkizinci abzası qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 avqust 2002-ci il.
№ 761.
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 481) («LegalActs» LLC).
23 oktyabr 2003-cü il tarixli, 941 nömrəli Fərmana əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC