О внесении изменения в Указ Президента Азербайджанской Республики «О применении Закона Азербайджанской Республики «О частной медицинской деятельности» от 6 марта 2000 года № 296


Release date: 24.08.2002

«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında

«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi sahəsində əlavə tədbirləri həyata keçirmək məqsədi ilə qərara alıram:

1. «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (iki kitabda), I kitab, maddə 163) aşağıdakı dəyişiklik edilsin:

    • Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
    • «həmin Qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 9-cu maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;»;
    • Fərmanın 1-ci bəndinin səkkizinci abzası qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 avqust 2002-ci il.

№ 761.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 481) («LegalActs» LLC).

© LegalActs LLC