Об утверждении договоров по праву управления Акционерным обществом «Сумгаитэлектрикшебеке»
Release date: 16.10.2009
«Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının rayon və şəhərlərində əhalinin, müəssisə və obyektlərin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq, paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin səmərəsini artırmaq, onların inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsinə şərait yaratmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi ilə «Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» Səhmdar Cəmiyyəti
arasında bağlanmış «Gəncəelektrikşəbəkə» Səhmdar Cəmiyyətini idarə etmək
hüququna dair Müqavilə» və «Əli Bayramlıelektrikşəbəkə» Səhmdar Cəmiyyətini
idarə etmək hüququna dair Müqavilə» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi ilə «Barmek Azərbaycan
Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli
Cəmiyyəti arasında bağlanmış
«Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətini
idarə etmək hüququna dair Müqavilə» təsdiq
edilsin.
3. «Azərenerji» Səhmdar Cəmiyyətinə
tapşırılsın ki, bağlanmış müqaviləyə əlavə olunan «Elektrik enerjisinin
satınalma Saziş»inə
uyğun olaraq elektrik
şəbəkələrinin elektrik enerjisi ilə təchizatını
təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- 10 gün müddətində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq «Sumqayıtelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin borclarının ödənilməsinə möhlət verilməsi (idarəetmə hüququnun qüvvədə olma müddətinə) və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergi güzəştlərinin tətbiqi məsələlərini həll etsin;
- bir ay müddətində bu Sərəncamın 4-cü bəndinin 2-ci abzasının tətbiqi ilə əlaqədar «Azərenerji» Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə borcları üzrə hesablaşmaların qaydasını müəyyən etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə tapşırılsın ki, «Sumqayıtelektrikşəbəkə» Səhmdar
Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar «Bakı Yüksək
Gərginlikli Elektrik Avadanlıqları» SC və
«Barmek Azərbaycan
Elektrik Şəbəkəsi» MMC ilə təhvil-təslim
işlərinin 2002-ci il oktyabr ayının 1-dək başa
çatdırılmasını təmin etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 28 avqust 2002-ci il.
№ 1030.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, № 199) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 529) («LegalActs» LLC).
3 may 2006-cı il tarixli, 1438 nömrəli; 16 oktyabr 2009-cu il tarixli, 522 nömrəli Sərəncamlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC