On establishment of the Entrepreneurs' Council under the President of the Republic of Azerbaijan
«Azərbaycan» qəzetində dərc edilmişdir (28 avqust 2002-ci il, № 198) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 498)
Release date: 27.08.2002
Azərbaycan Respublikası Prezidentinin
yanında Sahibkarlar Şurasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan
Respublikasında sahibkarlığın inkişafına
dövlət qayğısını artırmaq, bu sahədə mövcud
problemləri vaxtaşırı təhlil edərək müvafiq
tədbirlər görülməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin yanında Sahibkarlar Şurası yaradılsın.
2. Müəyyən edilsin ki, Sahibkarlar
Şurasının əsas məqsədi Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı və bu
sahəyə dövlət qayğısının istiqamətləri barədə
təkliflər hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməkdən ibarətdir.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bir ay müddətində Sahibkarlar Şurası
haqqında Əsasnamənin layihəsini və onun tərkibi
haqqında təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 27 avqust 2002-ci il № 778
«Azərbaycan» qəzetində dərc edilmişdir (28 avqust 2002-ci il, № 198) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 498) («LegalActs» LLC).
16 avqust 2016-cı il tarixli Fərmana əsasən qüvvədən
düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC