Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (28 avqust 2002-ci il, № 198) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 498)

Relizin Tarixi: 27.08.2002

Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısını artırmaq, bu sahədə mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər görülməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurası yaradılsın.

2. Müəyyən edilsin ki, Sahibkarlar Şurasının əsas məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməkdən ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində Sahibkarlar Şurası haqqında Əsasnamənin layihəsini və onun tərkibi haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 27 avqust 2002-ci il

№ 778

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 avqust 2002-ci il, № 198) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 498) («LegalActs» LLC).

16 avqust 2016-cı il tarixli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC