О внесении дополнений в «Положение об Агентстве содействия развитию частного сектора в сельском хозяйстве», утвержденное постановлением Кабинета министров Азербайджанской Республики от 11 апреля 2000 года № 65
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 452).
Release date: 18.07.2002
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə
Qərar № 114
Bakı şəhəri, 18 iyul 2002-ci il
Dövlət zəmanəti əsasında cəlb edilmiş kreditlərin idarə olunmasında nəzarətin gücləndirilməsi, vəsaitlərin qənaətlə və təyinatı üzrə xərclənməsi, habelə vaxtında qaytarılmasına görə məsuliyyətin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr edilsin:
1. II bölmənin 2.1-ci bəndinə aşağıdakı məzmunda 9, 10, 11 və 12-ci abzaslar əlavə edilsin:
- «layihələrin tətbiqinə ona verilən səlahiyyətlər daxilində bağlanmış «Kredit Sazişi»ndən irəli gələn vəzifələri icra edir;
- layihə üzrə həyata keçirilən işlərin monitorinqini təşkil edir;
- tətbiq olunan layihələr çərçivəsində xaricdən cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi üzrə bütün prosedurlar barədə (audit, tender, malların alqı-satqısı, kontraktlar və s.) ödənişlər həyata keçirilməzdən əvvəl xarici dövlət borcunun idarə edilməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;
- layihələrin tətbiqi ilə əlaqədar malların tədarükü və xidmətlərin göstərilməsi ilə bağlı keçirilən tenderlərdə Azərbaycan Respublikası Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrinin iştirakını təmin edir.»;
2. III bölmənin 3.2-ci bəndinə aşağıdakı məzmunda 11–ci abzas əlavə edilsin:
- «layihələr üzrə maliyyə vəsaitlərinin nəzərdə tutulan məqsədlərə səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.».
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 452) («LegalActs» LLC).
© LegalActs LLC