Об утверждении Положения о Национальном фонде поддержки предпринимательства Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 1992-ci il, № 23) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 oktyabr 1992-ci il, № 19 (872), maddə 867)

Release date: 12.10.1992

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında iqtisadi islahatları sürətləndirmək, sahibkarlığın inkişafına kömək və dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində sahibkarların səmərəli iştirakını həvəsləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yanında yaradılan Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə təsdiq edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti ilə bağlı lazımi tədbirlər görsün.

3. Bu Fərmanın icrasına nəzarət strateji proqramlar üzrə Dövlət müşaviri xidmətinə tapşırılsın.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 12 oktyabr 1992-ci il

№ 269

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 oktyabr 1992-ci il, № 23) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 oktyabr 1992-ci il, № 19 (872), maddə 867) («LegalActs» LLC).


© LegalActs LLC