Правила приостановления деятельности объектов торговли, общественного питания и услуг, действующих в городе Баку без соблюдения требований к их размещению и эксплуатации


Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülletenində dərc edilmişdir (2001-ci il, № 5-6, səh. 69)

Release date: 30.05.2001

Bakı şəhərində yerləşdirilmə və istismar tələblərinə əməl olunmadan fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin dayandırılması Qaydaları

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində

Qeydiyyat № 2695

05 iyun 2001-ci il

Nazir

F. F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Bakı Şəhər İcra Hakimiyyəti Başçısının
30 may 2001-ci il tarixli
395 saylı sərəncamı ilə

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı

H. İ. ABUTALIBOV

Bakı şəhərində yerləşdirilmə və istismar tələblərinə əməl olunmadan fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin dayandırılması Qaydaları

Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının 37, 39-cu maddələrinə, «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 32-ci maddəsinin 2-ci bəndinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə, 19-cu maddəsinin 1-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır.

Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 21 yanvar 2000-ci il tarixdə qeydiyyata alınmış (Qeydiyyat № 210) «Bakı şəhərində ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri» normativ aktına zidd olaraq fəaliyyət göstərən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətini tənzimləyən sərəncamlarının tələblərini pozan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi»nin 241-ci maddəsinə uyğun olaraq haqqında inzibati ölçü götürülən və obyektin həmin ünvanda fəaliyyətini müəyyən edilmiş tələblərə uyğunlaşdırmadan fəaliyyət göstərən obyektlərin həmin ünvanda fəaliyyətinin dayandırılması mexanizmini müəyyən edir.

I. Qaydaların tətbiq edildiyi hallar

Bu qaydalar aşağıdakı hallarda tətbiq edilir:

1.1. «Bakı şəhərində ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri»nə uyğun yerləşdirilməyən və əhalinin istirahət, sağlamlıq hüquqlarının pozulması üçün zəmin yaradan ticarət, ictimai iaşə və xidmət obyektlərinə;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 241-ci, 323-cü maddələrinə əsasən, haqqında bir il ərzində 2 dəfə inzibati ölçü götürülən və yenidən pozuntuya yol verən ticarət, ictimai iaşə və xidmət obyektlərinə;

1.3. 4 və 5 ulduzlu mehmanxanalarda fəaliyyət göstərən bar və diskotekalar istisna olmaqla, Bakı şəhərində yerləşən və gecə saat 24-00-dan sonra fəaliyyət göstərən bar, diskoteka və bu istiqamətdə fəaliyyət göstərən digər əyləncə-istirahət obyektlərinə;

1.4. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilən sanksiyaları və inzibati cərimələri müəyyən olunmuş müddətlərdə ödəmədən fəaliyyət göstərən obyektlərə.

II. Obyektin fəaliyyətinin dayandırılması

2.1. Obyektin yerləşdirmə tələblərinə və istismar qaydalarına zidd olaraq fəaliyyət göstərməsi, həmçinin bu Qaydaların 1-ci bəndində göstərilən hallar barədə aktın rəsmiləşdirildiyi tarixdən sonrakı iş günündən gec olmayaraq obyektin fəaliyyətinin dayandırılacağı haqqında obyektdə işləyən məs`ul şəxsə və onun sahibinə 3 iş günü müddətində obyektdə olan malların çıxarılması da təklif olunmaqla bu qaydaya əlavə 1-də göstərilən forma üzrə xəbərdarlıq məktubu təqdim edilir. Xəbərdarlıq məktubu 3 (üç) nüsxədə tərtib edilməklə Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin (bundan sonrakı mətndə «Departament») ərazi idarəsinin rəisi (və ya onun müavini) tərəfindən imzalanır. Onun bir nüsxəsi obyektdə işləyən məs`ul işçiyə, ikinci nüsxəsi obyektin sahibinə təqdim edilir.

2.2. Xəbərdarlıq məktubunun təqdim edildiyi gündən sonrakı dördüncü iş günündə Departamentin ərazi idarə rəisi obyektin fəaliyyətinin dayandırılması haqqında bu qaydaya əlavə 2-də göstərilən forma üzrə 2 (iki) nüsxədən ibarət sərəncam verir. Sərəncamın bir nüsxəsi obyektdə işləyən məs`ul şəxsə təqdim edilir, ikinci nüsxəsi isə Departamentin ərazi idarəsində saxlanılır.

2.3. Obyektin fəaliyyətinin dayandırılması barədə sərəncamın icrası Departamentin ərazi idarəsinin nümayəndələri tərəfindən həyata keçirilir və bu barədə müvafiq akt tərtib edilir.

2.4. Sərəncamın verildiyi gündən sonrakı gün ərzində fəaliyyəti dayandırılan obyektə daxil olması mümkün olan bütün keçidlər müvafiq qaydada plomblanır (möhürlənir). Fəaliyyəti dayandırılmalı olan obyektin ümumi ticarət (xidmət və ya məişət) sahəsinin bir hissəsində yerləşdiyi və ayrıca keçidi olmadığı hallarda, bu obyektin fəaliyyətinin davam etdirilməsinin qarşısını alan tədbirlər görülür.

2.5. Əhali tərəfindən aydın görünən yerdə, obyektin fəaliyyətinin dayandırılması haqqında bu obyektin fəaliyyətinin dayandırılmasına səbəb olan pozuntunu özündə əks etdirən mə`lumat lövhəsi asılır.

2.6. Mallar və digər qiymətlilər obyektin məs`ul işçisi və ya sahibi tərəfindən obyektdən çıxarılmadığı halda, onların qorunmasına, keyfiyyət göstəricilərinin itirilməsinə görə Departamentin ərazi idarəsi məs`uliyyət daşımır.

Obyektin fəaliyyətinin dayandırıldığı günə qədər obyektin məs`ul işçisi və ya sahibi malları və digər qiymətliləri obyektdən çıxarmadığı halda, onun rəsmi müraciətinə əsasən, bunların obyektdən çıxarılması başqa tarixdə Departamentin ərazi idarəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilə bilər.

2.7. Fəaliyyəti dayandırılmış obyektin sahibinin dəyişməsi və yaxud başqa şəxsə icarəyə verilməsi, onun fəaliyyətinin davam etdirilməsinə əsas vermir.

2.8. Obyektin fəaliyyətinin dayandırılması barədə sərəncamın icrasına Departamentin ərazi idarəsi tərəfindən müntəzəm nəzarət edilir.

III. Obyektin fəaliyyətinin dayandırılması müddətləri

3.1. Bu Qaydaların 1.1 bəndində göstərilən hal üzrə dayandırılmış fəaliyyət növü obyektin həmin ünvanda başqa fəaliyyət növünə keçildikdən sonra bərpa olunur.

3.2. Bu Qaydaların 1.2 və 1.4 bəndlərində göstərilən hallar üzrə dayandırılmış fəaliyyət, obyektin həmin ünvanda başqa fəaliyyət növünə keçildikdən və ya fəaliyyətin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra bərpa olunur.

3.3. Bu Qaydaların 1.4 bəndində göstərilən hallar üzrə dayandırılmış fəaliyyət ona səbəb olan hallar aradan qaldırıldıqdan sonra bərpa olunur.

IV. Fəaliyyəti dayandırılmış obyektin həmin ünvanda fəaliyyətinin yenidən bərpa olunması

4.1. Fəaliyyəti dayandırılmış obyektin həmin ünvanda fəaliyyəti yalnız, fəaliyyətin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, «Bakı şəhərində ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri»nə uyğun olan digər fəaliyyət növünə keçildikdən sonra bərpa oluna bilər.

4.2. Fəaliyyəti dayandırılmış obyektin həmin ünvanda digər növlər üzrə fəaliyyət istiqamətləri haqqında obyekt sahibinin müraciəti Departamentin ərazi idarəsində müəyyən olunmuş qaydada baxılaraq yeni fəaliyyət növünə müvafiq razılıq verilir.

4.3. Fəaliyyətin dayandırılmasına səbəb olan halların aradan qaldırılması haqda müvafiq sənədlər təqdim edildikdən sonra, fəaliyyəti dayandırılmış obyektə müəyyən edilmiş qaydada müvafiq razılıq verildikdən sonra obyektin keçid yerlərinə vurulmuş plomblar Departamentin ərazi idarəsinin nümayəndələri tərəfindən götürülməklə obyektin fəaliyyəti bərpa olunur, bu barədə müvafiq akt tərtib olunur.

Obyektin fəaliyyətinə Departamentin ərazi idarəsi tərəfindən müntəzəm nəzarət olunur.

V. Sair əsaslar

5.1. Obyektin fəaliyyətlərinin dayandırılması və ya bərpa edilməsi barədə tərtib edilən aktın (nümunəvi forma əlavə olunur) qeydiyyatı Departamentin ərazi idarəsi tərəfindən bu qaydaya əlavə 3-də göstərilmiş forma üzrə kitabda aparılır. Göstərilən kitabın vərəqləri nömrələnməli, qaytanlanmalı və son səhifəsində «Bu kitab ______ səhifədən ibarət olmaqla nömrələnmiş və qaytanlanmışdır» qeydi aparılmalı, Departamentin sədri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.

5.2. Bu Qaydaların pozulmasına, obyektin fəaliyyəti dayandırılarkən vurulmuş plombların qəsdən zədələnməsi, qırılmasına görə obyektin məs`ul işçisi, onun sahibi mövcud qanunvericiliyə uyğun məs`uliyyət daşıyırlar.

5.3. Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.


Əlavə 1

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının
30 may 2001-ci il tarixli
395 saylı sərəncamı ilə
təsdiq edilmişdir

Bakı Şəhər İstehlak Bazarı və Xidmət Departamentinin _____________ İdarəsi üzrə
Müəyyən olunmuş yerləşdirilmə və ya istismar tələblərinə əməl olunmadan fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin dayandırılması haqqında
Sərəncam № ____

«___» _____________ 200__-ci il

«Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 32-ci maddəsinə əsasən ______________________ ________________________________________________________________________________________

(fəaliyyəti dayandırılmalı olan obyektin sahibinin adı, VÖİN-i)

məxsus olan _____________________________________________________________________________

(obyektin tam ünvanı)

ünvanda yerləşən obyektdə fəaliyyət göstərən _______________________________________________ ________________________________________________________________________________________

(vergi ödəyicisinin adı və VÖİN-i)

tərəfindən _____________________________________________________________________________

(obyektin fəaliyyətinin dayandırılmasına əsas verən

________________________________________________________________________________________

qanun pozuntusunun xarakteri, pozuntu barədə aktın tarixi)

________________________________________________________________________________________ ________________________________________________________________________________________ ________________________________________________________________________________________

görə həmin obyektin fəaliyyəti __________________________________________________ tarixdən

(gün, ay, il)

_________________________________________________________________________ dayandırılsın.

(hansı müddətədək, gün, ay, il)

Sərəncamın icrası ____________________________________________________________________

(icraçının vəzifəsi, soyadı, adı, atasının adı)

________________________________________________________________________________________ _________________________________________________________________________ həvalə edilsin.

M. Y.

________________________________________________________________________________________

(sərəncamı verənin soyadı, adı, atasının adı, imzası)


Əlavə 2

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının
30 may 2001-ci il tarixli
395 saylı sərəncamı ilə
təsdiq edilmişdir

_______________________________________________________________________________________

fəaliyyəti dayandırılmalı olan obyektdə fəaliyyət göstərən vergi

________________________________________________________________________________________

ödəyicisinin adı, ünvanı və VÖİN-i

Surəti _________________________________________________________________________________

(fəaliyyəti dayandırılmalı olan obyektin sahibinin adı, ünvanı və VÖİN-i)

Müəyyən olunmuş yerləşdirilmə və ya istismar tələblərinə əməl olunmadan fəaliyyət göstərən ticarət,ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin dayandırılması haqqında
Xəbərdarlıq

«____» _________________ 200__-ci il

Sizin __________________________________________________________________________________

(ünvanı)

ünvanda yerləşən ________________________________________________________________________

(obyektin fəaliyyət növü)

obyektdə ________________________________________________________________________________ ________________________________________________________________________________________

(obyektin fəaliyyətinin dayandırılmasına əsas verən qanun pozuntusunun xarakteri)

___________________________________________________________________________ yol verilmiş və bu _______________________________________________ tarixli aktla rəsmiləşdirilmişdir.

(aktın tarixi və №)

Xəbərdar edirik ki, həmin obyektin fəaliyyəti «Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsi və ya istismarı tələblərinə əməl olunmadan fəaliyyət göstərən obyektlərin fəaliyyətinin dayandırılması Qaydaları»nın 1-ci maddəsinin _______________ bəndinə əsasən ______________________________________ tarixdən e`tibarən dayandırılacaqdır.

(gün, ay, il)

Obyektin fəaliyyətinin dayandırılması ilə əlaqədar 3 gün ərzində orada olan malların və digər qiymətlilərin çıxarılmasını təklif edirik. Bildiririk ki, mallar və digər qiymətlilər tərəfinizdən obyektdən çıxarılmadığı halda, onların qorunmasına görə ________________________________ idarəsi məs`uliyyət daşımır.

_______________________________

BŞİBXD ərazi idarəsinin adı

_______________________________

Rəhbərin vəzifəsi, S. A. A., imzası


Əlavə 3

Ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin dayandırılması haqqında tərtib edilmiş aktların
Qeydiyyat kitabı

Qeydiyyat kitabı aşağıdakı forma üzrə tərtib edilir:

1-ci qrafa—Sıra №

2-ci qrafa—Qeydiyyat tarixi

3-cü qrafa—Obyektin fəaliyyətinin dayandırılması barədə tərtib edilmiş aktın №-si, tərtib olunma vaxtı

4-cü qrafa—Fəaliyyətin dayandırılması barədə akt tərtib edilmiş obyektin adı, ünvanı, məs`ul şəxsin (obyektin sahibinin) adı

5-ci qrafa—Obyektin fəaliyyət növü

6-cı qrafa—Obyektin fəaliyyətinin dayandırılması haqqında qərar

7-ci qrafa—Fəaliyyətin dayandırıldığı dövr

8-ci qrafa—Əlavə qeydlər


Fəaliyyəti dayandırılmış ticarət, ictimai iaşə və xidmət obyektlərinin fəaliyyətinin bərpası haqqında tərtib edilmiş aktların
Qeydiyyat kitabı

Qeydiyyat kitabı aşağıdakı forma üzrə tərtib edilir:

1-ci qrafa—Sıra №

2-ci qrafa—Qeydiyyat tarixi

3-cü qrafa—Obyektin fəaliyyətinin bərpası barədə tərtib edilmiş aktın №-si, tərtib olunma vaxtı

4-cü qrafa—Fəaliyyətin bərpası barədə akt tərtib edilmiş obyektin adı, ünvanı, məs`ul şəxsin (obyektin sahibinin) adı

5-ci qrafa—Dayandırılmış fəaliyyət növü

6-cı qrafa—Obyektin fəaliyyətinin bərpası haqqında qərar

7-ci qrafa—Obyektin bərpa olunan fəaliyyət növü

8-ci qrafa—Əlavə qeydlər


Bakı Şəhər İcra Hakimiyyəti Başçısının
30 may 2001-ci il tarixli
395 saylı sərəncamı ilə
təsdiq edilmişdir

Bakı Şəhəri İstehlak Bazarı və Xidmət Departamenti
__________________________ İdarəsi

Ünvan, VÖİN ___________________________________________________________________________ ________________________________________________________________________________________

Nəzarət-yoxlama aktı № ______

1. Tərtib olunduğu tarix: ________________________________________________________________

2. Tərtib olunduğu yer: ___________________________________________________________________

3. Nəzarət-yoxlama qrupunun üzvləri: ______________________________________________________

4. Yoxlama aparılan obyektin nümayəndələri: _______________________________________________

5. Yoxlamanın əsası: _____________________________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________

6. Yoxlamanın nəticəsi: __________________________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________ Yoxlama başlanmışdır:_______________________Yoxlama qurtarmışdır: ______________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________

7. Nəzarət-yoxlama qrupunun üzvləri: ___________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________

8. Obyektin yoxlamada iştirak edən nümayəndələri: __________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________ _________________________________________________________________________________________ Qeyd: Obyektin yoxlamada iştirak edən nümayəndəsinin aktı hec bir səbəb göstərmədən imzalamaqdan imtina etməsi, aşkar olunmuş pozuntulara görə müəyyən olunmuş qaydada tədbir görülməsinin dayandırılması ücün əsas ola bilməz.

Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülletenində dərc edilmişdir (2001-ci il, № 5-6, səh. 69) («LegalActs»).

© LegalActs