О праздновании 18 октября - Дня государственной независимости как государственного праздника Азербайджанской Республики
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 oktyabr 1994-cü il, № 19 (920), maddə 291)
Release date: 15.10.199418 oktyabr — Dövlət müstəqilliyi gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:
18 oktyabr — Dövlət müstəqilliyi günü hər il Azərbaycan Respublikasının Dövlət bayramı kimi qeyd edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 oktyabr 1994-cü il
№ 223
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 oktyabr 1994-cü il, № 203) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 oktyabr 1994-cü il, № 19 (920), maddə 291) («LegalActs» LLC).
© LegalActs LLC